Yeniliklər
19.11.2013 VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ !

İKT ilində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən Bakı şəhərində vətəndaşlara göstərilən müasir telekommunikasiya xidmətlərinin həcmini artırmaq məqsədilə, eləcə də 6 dekabr “Rabitəçilərin peşə bayramı” və 31 dekabr “Dünya Azərbaycanlıların Həmrəylik” günü ilə əlaqədar aşağıdakı telekommunikasiya xidmətlərinin 15.11.2013-cü il tarixindən 31.12.2013-cü il tarixinə kimi güzəştli tariflərlə kompaniyası keçirilir:

  • 2 telefon çəkən abunəçiyə (əhali və təşkilat) bir ədədi pulsuz sənədləşdirilir;

  • CDMA nömrələrinin şəbəkəyə pulsuz qoşulması təmin edilir;

  • Genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İP-TV xidmətlərinin pulsuz qoşulması təmin edilir;

  • 3 Mbit/s və yuxarı sürətlə genişzolaqlı internetə yeni qoşulan istifadəçiyə 3 ay müddətində əlavə 1 Mbit/san sürət bonus verilir;

  • Bakı şəhər ərazisində daşınan İP telefon nömrəsi 20 manat tariflə sənədləşdirilir.

 

Kompaniya ilə əlaqədar xidmətlərə qoşulmaq üçün vətəndaşlar,təşkilat və idarələr ərazidəki yerli Telefon Qovşaqlarına müraciət edə bilərlər.

 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi rəhbərliyi



13.03.2013 Hörmətli internet istifadəçiləri!

Artıq heç bir yerə getmədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin e-xidmətlər portalı vasitəsilə BakinterNET-in internet xidmətlərinə qoşula, mövcud tarifinizi dəyişə və digər əməliyyatları birbaşa edə bilərsiniz.



01.09.2012 İnternet tariflərində endirimlər!

Hörmətli istifadəçilər! 1 sentyabr tarixindən etibarən adsl və iptv xidmətlərinin tariflərində yeni endirimlər tətbiq olunmuşdur. İnternet tarifləri barədə ətraflı məlumat üçün tariflər bölməsinə daxil ola bilərsiniz.




Bütün xəbərlər.
 
Online Ödəmə E-poçt Sürətini Yoxla!